GünAzTv: Sulduzlu milli-mədəni fəallar ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən təhdid olunub və ETTELAAT idarəsinə çağrılıblar.
ETTELAAT əməkdaşları milli-mədəni fəallara zəng edərək onlara may ayının 25-də (xordadın 4-ü) evdən çıxmamağı tapşırıb, əks halda bunun nəticəsinin acı olacağını xatırladıblar.
Məlumata görə, ETTELAATın təhdidlərinə baxmayaraq, Suzduz gəncləri may ayının 25-də (xordadın 4-ü), Sulduzun şəhidlər qəbiristanlığında toplaşaraq şəhidlərin xatirəsini əzizləyəcəklər.